İsrail İranla bir neçə cəbhədə döyüşməyə hazırdır

   İsrail İranla bir neçə cəbhədə döyüşməyə hazırdır
  10 May 2023    Oxunub:1212
“Lazım gələrsə İsrail İranla bir neçə cəbhədə vuruşmağa hazırdır”. İsrailin Baş naziri Benyamin Netanyahu mayın 9-da “Qalxan və ox” əməliyyatının başlamasından sonra sabiq yüksək rütbəli zabitlərdən ibarət sağçı qrupla keçirdiyi konfransdakı çıxışında belə deyib.
AzVision.az xəbər verir ki, İsrailin Baş naziri ölkəsinə təhdidlərin mütləq əksəriyyətinin məhz İranın apardığı siyasətlə bağlı olduğunu bildirib. Bununla mübarizə aparmaq üçün o, zəruri olan tapşırıqları verdiyini qeyd edib.

“İsrailin təhlükəsizliyinin 95 faizi problemlər İrandan gəlir. Mən İranın çoxşaxəli təhdidləri ilə mübarizə aparmağa hazır olmağı əmr etmişəm. İrandan gələn nüvə təhlükəsi və İsrailə qarşı Fələstin qruplarının güclənməsi ilə yanaşı, İran özünü Suriyada möhkəmlətməyə və başqa Livan yaratmağa çalışır” – Netanyahu vurğulayıb.

İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənani isə İsrailin “Qalxan və ox” əməliyyatını pisləyərək, bunu İsrail hökumətinin “zəiflik əlaməti” kimi qiymətləndirib.

AzVision.az


Teqlər: İsrail   İran  





Xəbər lenti