Türkiyə Suriya ilə müştərək komitə yaradacaq

Türkiyə Suriya ilə müştərək komitə yaradacaq
  10 May 2023    Oxunub:1179
Türkiyə Suriya ilə normallaşma prosesini ilkin şərt olmadan və xoş niyyətli şəkildə davam etməsinin tərəfdarıdır.
Bu barədə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada baş tutan Türkiyə, Rusiya, Suriya və İran XİN rəhbərlərinin görüşünə dair jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu proseslə bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə edilib və texniki görüşlərin keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, iki ölkənin xarici işlər nazirlər müavini, müdafiə nazirlikləri və kəşfiyyat xidmətlərinin iştiraki ilə müvafiq komitənin yaradılmasına da qərar verilib. Komitənin fəaliyyəti çərçivəsində ilk görüşün qısa zamanda baş tutması nəzərdə tutulur.

Çavuşoğlu, həmçinin əlavə edib ki, Suriyada terror təşkilatlarının fəaliyyətinı son qoymaq üçün sabitlik təmin edilməlidir.


Teqlər:





Xəbər lenti