Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli AzVision.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidən dərinlikdə kanalizasiya kollektoru keçir. Çökmə də kollektorun giriş quyularının yaxınlığında baş verib:
"Əraziyə “Azərsu” ASC-nin və bizim əməkdaşlar cəlb olunub. Yoxlama işləri aparılır və çökmənin nədən baş verdiyi araşdırılır. Yol geymində hər hansı problem yoxdur. Çox gümanki həmin quyudan hər hansı sızma olub. Eyni zamanda qurunt sularının yığılması ehtimalı da var. Ərazi mütəxəssislər tərəfindən nəzarət altında saxlanılır".



Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


