Şəhid hərbçimizin Fotoları

   Şəhid hərbçimizin    Fotoları
  11 May 2023    Oxunub:2788
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
AzVision.az xəbər verir ki, 1988-ci il təvəllüdlü şəhid hərbçi Ağstafa rayonun Vurğun qəsəbəsinin sakini olub.

Şəhidimiz subay olub, bir qardaşı və iki bacısı var. O.Novruzəlizadənin nəşi Vurğun qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, şəhidin atası təsərrüfatla məşğul olur, anası isə ötən il rayonda dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.

Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.




Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti