Azərbaycanda ən çox yol qəzası olan bölgələr
Onun sözlərinə görə, Qubanın Qəçrəş ərazisində qəzalara əsas səbəb yüksək sürət və sürücülərin yolu tanımaması olur: “Maşınlar maneələrə - ağaca, yol ayrıcında olan dəmirlərə vurulur. Nabranda isə avtomobili park edərkən kiçik qəzalar baş verir. Yüksək sürət və yolu tanımamaq Pirqulu-Çuxuryurd yolunda da qəzaların sayını artırır”.
Rafiq Allahverdiyev deyib ki, Zaqatala və Qaxda isə ötən mövsüm 15-ə yaxın avtomobil qəzası baş verib. Qəzalar əsasən sürücülərin içkili və yuxulu olmasından baş verib.
R.Allahverdiyev bildirir ki, hər 3 hadisədən biri maşınla heyvan vurma ilə bağlı olub: "Gecə saatlarında daha çox it və çaqqal, gündüzlər isə mal-qara vurulur".
Sığorta şirkətinin əməkdaşının sözlərinə görə, Gədəbəy rayonunun Yasamal aşırımı da qəzalardan kasad deyil: “Burada tez-tez “Niva” markalı maşınların yanması baş verir. Təkcə ötən mövsüm 4-5 belə qəza qeydə almışıq”.
Rafiq Allahverdiyev deyib ki, Yevlax-Şəki dördyolu da təhlükəli ərazi sayılır. Onun sözlərinə görə, burada qəzaların əsas səbəbi yüksək sürət, sürücülərin içkili olması və bəzən narkotik qəbul etməsidir.
Ələt-Astara yolunun 45-ci kilometrliyində - Qaradağ rayonu ərazisində yolun bir hissəsində asfalt örtüyü dağıldığına görə sürücülər sürəti tənzimləyə bilmirlər və nəticədə qəzalar baş verir.
Allahverdiyev deyib ki, ötən yay mövsümündə bu səbəbdən həmin ərazidə 25-30 belə avtomobil qəzası baş verib: “Yay mövsümündə bölgələrdə baş verən qəzalarda icbari sığorta ilə bağlı avtomobillərə 1500-1700 manat, kasko üzrə isə 2000-2500 manat arasında zərər dəyir. Nisbətən ağır qəzalarda isə maşına dəyən zərərin məbləği 2500-3000 manata çatır”.
Teqlər: