Şəhidin atası: “Orxan bu gün evə gələcəyini demişdi” - VİDEO

      Şəhidin atası:    “Orxan bu gün evə gələcəyini demişdi” -    VİDEO
  11 May 2023    Oxunub:2760
Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub .
AzVision.az Baku TV-yə istinadən xəbər verir ki, şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəlizadə çətin də olsa oğlu barədə danışıb.

Onun sözlərinə görə, oğlu bu gün evə gəlməli imiş:

“2 qız, 2 oğul idilər. Orxan ən balacaları idi. Ən çox istədiyim də o idi... Bu gün gələcəkdi. Ddemişdi ki, sabah gələcək".

E.Novruzəlizadənin sözlərinə görə, həyat yoldaşı da bir müddət əvvəl vəfat edib, heç ili də çıxmayıb.



AzVision.az


Teqlər:



Xəbər lenti