Yaralanan hərbçimiz əməliyyat olunub, vəziyyəti ağırdır

  Yaralanan hərbçimiz əməliyyat olunub,  vəziyyəti ağırdır
  12 May 2023    Oxunub:2220
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu əməliyyat olunub.
AzVision.az xəbər verir ki, hərbçinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti