Fərid Cəfərov müavin təyin edildi

   Fərid Cəfərov müavin təyin edildi
  13 May 2023    Oxunub:1854
Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib. AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu posta Fərid Cəfərov təyin olunub.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.

Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
AzVision.az


Teqlər:



Xəbər lenti