Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edildi

 Beynəlxalq Muğam Mərkəzinə yeni direktor təyin edildi
  13 May 2023    Oxunub:1916
Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.
AzVision.az


Teqlər:



Xəbər lenti