Yevlaxda 6 nəfərdə 2 kq narkotik maddə aşkarlanıb
Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram 520 qram olan heroin aşkar edilərək götürülüb. Bundan başqa rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılmış silsilə tədbirlər nəticəsində daha 5 nəfər də saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Həmin şəxslərdən heroin, güclü təsiredici xassəyə malik həblər və marixuana kimi narkotik vasitələr aşkar edilərək götürülüb. Saxlanılanlardan 4 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Fatlarla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


