Salyanda güclü külək dağıntılara səbəb olub
Şəhərin Ağa Mirbağır Ağazadə küçəsində ağaclardan biri avtomobillərin üzərinə düşüb. Nəticədə hər iki avtomobil yüngül zədələnib. Həmin küçədə ağacların 10 min kilovoltluq elektrik xəttini sıradan çıxardığıdan şəhərin bir hissəsi işıqsız qalıb.
Hazırda hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


