Zaqatalada orta məktəbdə yanğın baş verib

Zaqatalada orta məktəbdə yanğın baş verib
  13 May 2023    Oxunub:1713
Zaqatalada orta məktəb binasında yanğın olub
AzVision.az xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

"112" qaynar telefon xəttinə Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən orta məktəb binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində məktəbin dam örtüyündə baş verən yanğın sinif otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

AzVision.az



Teqlər: Zaqatala   Yanğın  



Xəbər lenti