"Qaynı qızımın başını kəsirdi" - Şəhid xanımının atası

   "Qaynı qızımın başını kəsirdi" -    Şəhid xanımının atası
  14 May 2023    Oxunub:1548
Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun xanımı Ləman Qurbanova qaynı tərəfindən qətlə yetirilib.
AzVision.az “Baku Tv”yə istinadən xəbər verir ki, mərhumun atası qızının ölümünün planlı şəkildə həyata keçirildiyini bildirib.

“Bu gün uşağımı pirə aparıb. Bir-iki ay bundan əvvəl qaynı qızıma hücum etdi, onun başını kəsirdi. Nədi-nədi qızım telefon işlədir. Telefonu bütün dünya işlədir, hamının qızı, gəlini işlədir, əxlaqsızlıq eləmir ki!

Hadisə günü zəng etdim ki, haradasız? Dedi ki, Sumqayıta çatırlar. Dedim uşağı evə gətir. Dedi ki, niyə narahatsan, narahat olma. O, qızımı planlı şəkildə öldürüb”, - L.Qurbanovanın atası qeyd edib.



AzVision.az


Teqlər:



Xəbər lenti