"Xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq şəhərin ərazisi illərlə yığılmış tullantılardan təmizlənib. Tullantıların yığılması məqsədi ilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. Hazırda müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantıların 4 növdə çeşidlənməsi üçün infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2 iyul 2022-ci il tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikaların və avadanlıqların həmin ərazilərə göndərilməsinə başlanılıb.
Yeni texnikalar ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmaların tətbiqinə imkan yaradacaq və tullantıların daşınması, yerləşdirilməsi, eləcə də zərərsizləşdirilməsi işini asanlaşdıracaq.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


