İlham Əliyevə yalnız ərəb dövlətlərinin liderlərinə verilən hədiyyə təqdim edilib

   İlham Əliyevə yalnız ərəb dövlətlərinin liderlərinə verilən hədiyyə təqdim edilib
  15 May 2023    Oxunub:1400
Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
AzVision.az xəbər verir ki, bu hədiyyənin ancaq ərəb dövlətlərinin liderlərinə verildiyini vurğulayan Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, müstəsna hal kimi bu hədiyyəni Azərbaycan Prezidentinə təqdim etməkdən şərəf hissi duyur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.

AzVision.az


Teqlər:



Xəbər lenti