Seymur Talıbov Şahmat Federasiyasının konfransında - FOTO

Seymur Talıbov Şahmat Federasiyasının konfransında -    FOTO
  15 May 2023    Oxunub:3002
Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, Naxçıvan Şahmat Federasiyasının prezidenti, AŞF-nin vitse-prezidenti olan Naxçıvan Muxtar Respublikasının keçmiş Ali Məcslinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da konfransda iştirak edib.

AŞF-nin prezidenti Mahir Məmmədovun sədrliyi ilə keçirilən konfrans ötən ilin yekunlarına həsr edilib.

Konfransda Azərbaycan Şahmat Federasiyasının nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, İcraiyyə Komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti