"Əliqismət Lalayev mənimlə ədavət aparır" - Ülviyyə şikayət etdi

   "Əliqismət Lalayev mənimlə ədavət aparır" -    Ülviyyə şikayət etdi
  15 May 2023    Oxunub:2316
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevdən şikayətçidir.
Aktrisa iddia edib ki, Ə. Lalayev onunla ədavət aparır, illərdir fəxri ad və Prezident mükafatı almasına imkan vermir:

“Mənimlə nəyi bölüşə bilmədiyini bilmirəm. Balığı sudan çıxarıb havasını kəsərsən a, o da elə davranır. Hətta bir dəfə mənə qarşı çox böyük haqsızlıq etmişdi. Teatrdan küsüb getmişdim, amma sənətdən uzaqlaşmamışdım. O ərəfələrdə “Üç bacı” serialı çəkilirdi, “Çal-çağır” da var idi. İki ildən sonra Əliqismət Lalayev çağırdı ki, gəl, sənə fəxri ad da, mükafat da verəcəyik. İki il də keçdi, mənə Xalq artisti Afaq Bəşirqızının “Mən dəyərəm min cavana” tamaşasındakı “Güldəstə” obrazını həvalə etdilər. İki-üç il də keçdi, gəlib dedim ki, bəs nə oldu? Qayıdıb dedi ki, sən hələ gözlə, səndən əvvəl gələnlər var. Dedim ki, yaxşı, mən həmişə böyük-kiçik yerini gözləmişəm. Sonra gördüm ki, hətta dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar. Nə qədər ki o insan oradadır, belə də olacaq, adım siyahıya heç vaxt düşməyəcək. Səbəbini bilmirəm”.(Qafqazinfo)
AzVision.az


Teqlər:



Xəbər lenti