Vardan Oskanyan: “Qarabağ Azərbaycana təhvil verilir”

     Vardan Oskanyan:    “Qarabağ Azərbaycana təhvil verilir”
  15 May 2023    Oxunub:4137
“Açıq-aydın görünür ki, biz Qarabağın Azərbaycana təhvil verilməsinin sonuncu mərhələsinə başlayırıq. Paşinyanın istənilən görüşü bu prosesi bir qədər də irəliyə aparır”.
Bu sözlər Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana məxsusdur. O bildirib ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin təsvir etdiyi sənədin imzalanması “Artsax”ın əvvəlcə Cavahetiya, sonra isə Naxçıvan kimi olması ilə nəticələnəcək.
Ermənistandakı seçkinin nəticəsi bütün bölgəyə təsir edəcək │ Şərh

“Əgər bu sənədi imzalamaması üçün Paşinyanın əlini tutmağımız lazımdırsa, bunu indi etməliyik. Sonra gec olacaq. Paşinyanın bu sənədi imzalamağa haqqı yoxdur. Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanısa, bu, bizim dünyada ilk belə addım atan xalq kimi alçalmağımız demək olacaq”,- Oskanyan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan heç bir halda “Artsax”ın öz “müqəddəratını təyin etməsi” prinsipindən geri durmamalıdır.

Sadəcə inanmaq qalır ki, təcrübəli siyasətçi olan Vardan Oskanyan bunun Ermənistan üçün nə ilə nəticələnə biləcəyini də yaxşı dərk edir...

Tariyel Həsənov
AzVision.az






Teqlər: Ermənistan  



Xəbər lenti