Brüssel xofu: Separatçılar mitinq keçirib, siyasi məsləhətləşmələrə başlayıblar

  Brüssel xofu:  Separatçılar mitinq keçirib, siyasi məsləhətləşmələrə başlayıblar
  15 May 2023    Oxunub:1631
Brüssel görüşündən sonra möhkəm qorxuya düşən separatçılar bu gün Qarabağda mitinq keçiriblər. Mitinqdə “siyasi partiyaların” məsləhətləşmələrə başlayacağı elan olunub.
Aksiyanın əsas fəalları separatçıların qondarma “parlament”inin “fraksiya sədrləri” Artur Tovmasyan Samvel Babayan olublar. Onlar Şarl Mişelin bəyanatını pisləyərk deyiblər ki, Qarabağdakı ermənilərin hüquqlarının müdafiəsindən yox, “müqəddəratlarını təyin etməsindən” danışmaq lazımdır.

Qeyd edək ki, Samvel Babayan özünün “dövlət naziri” təyin olunmasını da tələb edib.

“Şarl Mişel konkret rəqəm deməklə manevr imkanlarını xeyli daraldıb. Daha məsələnin diplomatik həlli yolu qalmayıb. Şarl Mişel kimdir ki, bu məsələnin nizamlanmasını öz üzərinə götürür? Bu, legitim deyil. Avropa İttifaqı Rusiyaya qarşı vahid cəbhə yaratmaq istədiyi üçün belə edir”, - bu sözləri isə separatçıların qondarma “prezident”inin “müşaviri” David Babayan deyib.

Göründüyü kimi, separatçılar sonun başlandığını artıq başa düşüblər. Bu çırpınmalar da ondan irəli gəlir. Amma məsələ artıq bitib. Azərbaycanın bayrağının altında yaşamaq istəməyənlər Qarabağı nə qədər tez tərk etsələr, özləri üçün o qədər yaxşı olacaq.

Tariyel Həsənov
AzVision.az




Teqlər:   Qarabağ  



Xəbər lenti