“Rusiya Çinin vassalına çevrilib” – Makron

   “Rusiya Çinin vassalına çevrilib” –    Makron
  15 May 2023    Oxunub:3431
“Rusiya geosiyasi olaraq artıq Ukrayna müharibəsini uduzub. Çünki Çinin vassalına çevrilib və İsveçlə Finlandiyanın NATO-ya qoşulması ilə Baltik dənizinə çıxışını itirib. İki il əvvəl bunu heç təsəvvürə gətirmək də mümkün deyildi”.
Bu sözlər Fransa prezidenti Emmanuel Makronun “L'Opinion” qəzetinə müsahibəsindəndir.
ATACMS raketləri Rusiya üçün ciddi təhlükədir

Makronun sözlərinə görə, gələcəkdə Avropanın təhlükəsizlik arxitekturası Rusiya ilə qarşıdurmaya getmədən Ukraynanı müdafiə edəcək şəkildə qurulmalıdır.

“Həm Ukraynanın əks-hücumuna kömək etmək, həm də gec-tez baş tutacaq danışıqlarda ölkənin təhlükəsizliyinə zəmanət hazırlamaq bizdən asılıdır. Amma buna qədər hələ çox addımlar atılmalıdır”,- Fransa prezidenti bildirib.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Rusiya   Fransa  





Xəbər lenti