Ceyhun Bayramov İslandiyaya gedib

   Ceyhun Bayramov İslandiyaya gedib
  16 May 2023    Oxunub:1540
16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri başlayıb.
Bu barədə AzVision.az -a Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun İslandiya Respublikasının paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti