Papuaşvili: "Heydər Əliyev müasir müstəqil Azərbaycanın əsasını qoyub"
İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan Milli Məclisin sədri deyib ki, qanunverici orqanlarımız arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz özünəməxsus rola malikdirlər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Milli Məclisin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakından məmnunluğunu bildirib. O, Heydər Əliyevin müasir müstəqil Azərbaycanın əsasını qoyduğunu qeyd edərək, ölkəmizin ərazi bütövlüyünü təmin etməsinin onun müdrikliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, Heydər Əliyev təkcə Azərbaycan üçün deyil, həm də region üçün dəyərli şəxsiyyət idi. Onun əsasını qoyduğu layihələr bu gün öz bəhrələrini verməkdədir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


