Qəsdən yanğın törətdi - VİDEO

   Qəsdən yanğın törətdi -    VİDEO
  17 May 2023    Oxunub:1249
İsmayıllı rayonu, İsmayıllı kəndində vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə və yaxınlıqdakı meşə zolağına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Ədalət İnqilab oğlu İskəndərov tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.


AzVision.az


Teqlər: Yanğın   FHN  



Xəbər lenti