"Elə finalçılarımız var ki, Prezident Administrasiyasında işləyir"

   "Elə finalçılarımız var ki, Prezident Administrasiyasında işləyir"
  17 May 2023    Oxunub:1065
"Yüksəliş" müsabiqəsi vəzifə almaq yox, özünü təqdim etmə müsabiqəsidir. Elə bacarıqlı adamlar var ki, onlar işlədikləri qurumlarda orta və aşağı vəzifələrdəndir və özlərini təqdim edə bilmirlər. "Yüksəliş" platforması onların özlərini göstərmə fürsətdir".
AzVision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib. O bildirin ki, birinci müsabiqədə orta zəncirin nümayəndələri biliklərini nümayiş etdirib, potensiallı olduqlarını göstəriblər və həyatlarında dəyişiklik olub:

"Onlara idarələrindan və digər dövlət qurumlardan təkliflər gəldi. Təkliflər təkcə finalçılara yox, yarımfinalçılara da oldu. Elə finalçılarımız da var ki onlara yüksək vəzifələr təqdim olunur, amma onlar iş yerlərini dəyişmirlər".

F.Hacıyev bildirib ki, iş təklifləri alanlardan hazırda Prezident Administrasiyasında bölmə rəhbəri, dövlət idarələri, böyük holdinqlərdə işləyənlər də var.

"İştirakçılar arasında final mərhələsinə gəlib çatanlar arasında işsiz olmayıb. Finalçılardan artıq 2 nəfəri dövlət proqramı çərçivəsində xaricdə magistr təhsili almaq üçün müraciət edib".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti