60 nəfər "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb

60 nəfər "Yüksəliş" müsabiqəsindən kənarlaşdırılıb
  17 May 2023    Oxunub:980
"Yüksəliş" müsabiqəsində kənardan müdaxiləyə yol verilmir".
AzVision.az xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

Onun sözlərinə görə, iştirakçıların bilikləri əyani şəkildə yoxlanır: "Əgər onlayn nəticələrin ən az 75 faizini əyani şəkildə təsdiq edə bilmirlərsə, onların müsabiqədə iştirakı dayandırılır".

O qeyd edib ki, belə olan şəxslərin sayı 60 nəfərdən çox olmayıb. Bu da kənar müdaxilələrin olmadığını göstərir.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti