Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri işdən çıxarıldı

 Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri işdən çıxarıldı
  17 May 2023    Oxunub:1412
Naxçıvan Səhiyyə Nazirliyinin maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifəsindən azad olunub.
AzVision.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Asəf Musayevin COVID-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adının hallandığı bildirilib.

AzVision.az


Teqlər: Naxçıvan  



Xəbər lenti