Masallıda təcili tibbi yardım maşını aşdı: Ölən var

   Masallıda təcili tibbi yardım maşını aşdı:    Ölən var
  18 May 2023    Oxunub:1892
Masallıda çağırışa gedən təcili tibbi yardım avtomobili aşıb. DİN qəza barədə məlumat yayıb.

Bildirilib ki, mayın 17-də saat 13 radələrində Masallı şəhəri ərazisindəki dairəvi yol ayrıcında rayonda fəaliyyət göstərən tibb müəssisələrindən birinə məxsus, S.Əhmədovun idarə etdiyi "Mercedes Benz" markalı təcili tibbi yardım avtomobili ilə İ.Nurəliyevin idarə etdiyi "Ford Transit" markalı avtomobil toqquşub. "Mercedes" markalı avtomobildə xəstə kimi aparılan F.Qurbanova xəstəxanada dünyasını dəyişib. Təcili tibbi yardım maşınının sürücüsü və daha iki tibb işçisi isə müxtəlif bədən xəsarətləri alıblar.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.


AzVision.az


Teqlər:



Xəbər lenti