"Qocalar" qırıldı... Döyüşə ahıllar gedir – FOTOLAR

// Rusiya muzey eksponatlarını cəbhəyə göndərməyə başlayıb

"Qocalar" qırıldı... Döyüşə ahıllar gedir –    FOTOLAR
  18 May 2023    Oxunub:3747
Rusiya Federasiyasının bir ildən çoxdur keçirdiyi "xüsusi əməliyyat" çərçivəsində "əks-demilitarizasiya" sürətlə davam edir. Sovet İttifaqından qalmış nəhəng silah-sursat anbarları və zirehli döyüş vasitələrinin saxlandığı meydançalar "əridilərək", cəmi 15 ay ərzində 1950-ci illərin say səviyyəsinə çatdırılıb.
Bunu Qərb koalisiyasının peyk vasitəsi ilə çəkdiyi şəkillərdən də, Ukrayna çöllərində tüstülənən minlərlə zirehli texnikadan da görmək mümkündür...

Nəzərə alsaq ki, bir tankın və ya zirehli transpotryorun konservasiyadan çıxarılıb, təkmilləşdirilərək döyüşə göndərilməsi üçün ən azı 2-3 "donor”dan istifadə olunur, onda Rusiya Federasiyasının Müdafiə Nazirliyinin saxlanc meydançalarındakı azalma tempini rahatlıqla 2-yə və 3-ə vurmaq lazımdır. Tanklarda bu əmsal daha yüksək, top və daha sadə mexanizmli vasitələrdə bir qədər aşağıdır.


“Т-80БВ” (1985), “T-62/T-62M” (1962-1975), “T-55” (1958-1976) tanklarından, “АЗП-57” toplu “С-60” (1950) zenit-artilleriya sistemlərindən və “КС-19M2” (1949-1955) zenit tolparından sonra, rus ordusu Ukraynaya raritet “БТР-50П” zirehli transportyorların "təkmilləşdirilmiş" versiyasını göndərməyə başlayıb.

Qeyd olunmalıdır ki, “ПТ-76” üzən tank şassisi üzərində yığılan antik ZTR 1954-1970 illərdə istehsal olunub və yeni versiyada “ЗУ-23-2” (1960) zenit qurğusu ilə təchiz edilmiş variantda kadra düşüb.

Suriya savaş praktikasına əsaslanaraq güman etmək olar ki, "təkmilləşdirilmiş" “БТР-50П”dən şəhər döyüşlərində əks tərəfin canlı qüvvəsinə qarşı və hücüm qruplarının atəş dəstəyi vasitəsi kimi istifadə olunacaq. Ortalama 2-3 gün, Ukrayna ordusunun müasir tank əlehinə sistemləri və ya adi anti-material tüfəngə tuş gələnə qədər.

Hans Kloss
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:   Müharibə   Rusiya  





Xəbər lenti