"Ermənistan-Türkiyə münasibətlərində nəticələr yoxdur" - Simonyan

   "Ermənistan-Türkiyə münasibətlərində nəticələr yoxdur" -     Simonyan
  18 May 2023    Oxunub:1171
"Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesində məhdud razılaşmalar əldə edilib, lakin nəzərəçarpacaq nəticələr yoxdur".
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan KTMT Parlament Assambleyası Şurasının iclasında bildirib.

“Ötən ildən Ermənistan və Türkiyə münasibətlərin normallaşması prosesinə başlayıblar, bu proses çərçivəsində müəyyən razılaşmalar təsbit edilib, lakin hələlik nəzərəçarpacaq nəticələr yoxdur, bir çox məsələlər həll olunmamış qalır”, - Simonyan deyib.

2021-ci ilin sonunda İrəvan və Ankara normallaşma üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. O vaxtdan bəri Ruben Rubinyan və Serdar Kılıç bir neçə raund danışıqlar aparıblar. Ötən ilin payızında hər iki ölkənin liderləri də görüşüblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti