Aktyor Rza Rzayev həbs olunub

   Aktyor Rza Rzayev həbs olunub
  18 May 2023    Oxunub:1979
Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.

Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

AzVision.az


Teqlər: RzaRzayev  



Xəbər lenti