Putin və Zelenski razılaşdı: Papanın elçilərini qəbul edəcəklər

      Putin və Zelenski razılaşdı:   Papanın elçilərini qəbul edəcəklər
  18 May 2023    Oxunub:1187
Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski Ukraynada atəşkəsin əldə olunmasını müzakirə etmək üçün Roma Papasının xüsusi nümayəndələri ilə danışıqlar aparmağa razılaşıblar.
Bu barədə Vatikanın il Sismografo saytı yazır. Nəşrin yazdığına görə, İtaliya Yepiskoplar Konfransının rəhbəri kardinal Matteo Zuppi və Şərq kilsələri üzrə fəlsəfə doktoru arxiyepiskop Klaudio Qugerottinin Kiyevə göndərilməsi ilə bağlı “ilkin razılaşmalar var”.

Bununla belə, il Sismografo qeyd edir ki, bu adlar yekun deyil. Nəşrin xəbərinə görə, Müqəddəs Taxt Rusiya və Ukrayna səfirlikləri vasitəsilə Moskva və Kiyevdən atəşkəsə aparan danışıqlar yolunun açılması imkanlarını müzakirə etmək üçün papanın elçilərini qəbul etmək imkanınını soruşub.

İl Sismografo yazır ki, Moskva və Kiyev aralıq cavabda prinsipcə əlçatanlığı elan edilbər və iki elçinin olacağını, yoxsa iki paytaxt üçün yalnız birinin olacağını dəqiqləşdirmək məlumatlarını tələb ediblər.

Aprelin 30-da Macarıstana apostol səfərindən qayıdan Papa Fransisk mətbuat konfransı zamanı Vatikanın Ukraynadakı münaqişənin həlli missiyasını yerinə yetirdiyini bəyan edib.

Onun sözlərinə görə, hələlik bu, ictimai deyil və bu barədə yalnız sonra, ictimaiyyətə çevriləndən sonra danışmaq mümkün olacaq. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə hələlik bu missiya haqqında məlumat yoxdur. Eyni zamanda, mayın əvvəlində Müqəddəs Taxt-tacın dövlət katibi kardinal Pietro Parolin bəyan edib ki, Vatikanın sülh təşəbbüsü barədə Rusiya və Ukrayna məlumatlandırılıb. Onun sözlərinə görə, Papanın özü onun təfərrüatlarını vermək hüququna malikdir. Parolin eyni zamanda missiyanın hələ yerinə yetirilmədiyini ifadə edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti