Quyuya düşən uşaqların ölümü ilə bağlı araşdırma başladıldı

   Quyuya düşən uşaqların ölümü ilə bağlı araşdırma başladıldı
  18 May 2023    Oxunub:1218
Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin başvermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
AzVision.az


Teqlər:



Xəbər lenti