Əsəd Səudiyyə Ərəbistanına getdi

   Əsəd Səudiyyə Ərəbistanına getdi
  18 May 2023    Oxunub:1332
Suriya prezidenti Bəşər Əsəd Ərəb Dövlətləri Liqasının sammitində iştirak etmək üçün Ciddəyə gedib. Suriya mətbuatı xəbər verir ki, bu, onun 2011-ci ildə Suriya böhranı başlayandan bəri krallığa ilk səfəridir.
"Prezident Əsəd Ərəb Liqasının 32-ci Sammitində iştirak etmək üçün Kral Əbdüləziz Beynəlxalq Hava Limanına gəlib", - məlumatda deyilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz əl-Səudun Suriya dövlətinin başçısına Ərəb Liqasının sammitinə dəvət göndərdiyi bildirilirdi.

Ərəb Dövlətləri Liqasının xarici işlər nazirləri mayın 7-də keçirilən növbədənkənar iclasında 12 illik fasilədən sonra Suriyanın regional təşkilata qaytarılmasını təsdiqləyiblər. Sonradan məlum olub ki, Əsəd mayın 19-da Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək Ərəb Liqasının sammitinə dəvət alıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Ciddə  



Xəbər lenti