"Ermənistan sülh istəyirsə, nə üçün 100 milyonlarla dollar dəyərində silah alır"

  "Ermənistan sülh istəyirsə, nə üçün 100 milyonlarla dollar dəyərində silah alır"
  19 May 2023    Oxunub:1213
"Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhana söhbətində deyib.

Azərbaycan Prezidenti, eyni zamanda, vurğuladı ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğuladı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti