Məktəbdə nərd yarışının keçirilməsinə aydınlıq gətirildi

   Məktəbdə nərd yarışının keçirilməsinə aydınlıq gətirildi
  19 May 2023    Oxunub:1343
Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş nərd yarışlarının keçirilməsi barədə fotolar sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən AzVision.az -ın sorğusuna caba olaraq bildirilib ki, bu görüntülər təhsil müəssisəsinin Həmkarlar Təşkilatının üzvləri arasında keçirilmiş idman turniri zamanı çəkilib.

Qeyd edilib ki, təhsil müəssisəsinin fəaliyyətinə uyğun olmayan bu fotolar sosial mediada haqlı olaraq əks reaksiya doğurub və birmənalı qarşılanmayıb:

"Ümumi təhsil müəssisəsinin "Facebook" səhifəsindən həmin fotolar silinib və bununla əlaqədar olaraq məktəb rəhbərliyinə xəbərdarlıq edilib".

Aytən Zəhra
AzVision.az





Teqlər:



Xəbər lenti