Azərbaycanda 100 min manata nömrə satılır

Azərbaycanda 100 min manata nömrə satılır
  29 May 2014    Oxunub:1356
Bir müddət əvvəl “Katar Telecom”un keçirdiyi hərracda şirkətin ən baha nömrəsi - 666-66-66 - üçün 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir.
Eyni tipli nömrə artıq Azərbaycanda satışa çıxarılıb. “Bakcell” mobil operatorunun 055 666 66 66 nömrəsi 100.000 manata satılır.

Bildirək ki, 666-66-66 nömrəsi 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Maraqlısı odur ki, bu satışda dövlətə nə qədər vergi ödənəcək və ən başlıcası - nömrənin dəyərinin qiymətləndirilməsində hansı meyarlar əsas götürülüb? Ümid edirik, müvafiq dövlət qurumları bu sualları cavablandıracaqlar.

Onu da xatırladaq ki, son illər ərzində Azərbaycanda heç bir iş adamı və ya xeyriyyəçi 100 min manat dəyərində ianə verməyib (milli.az)


Teqlər:





Xəbər lenti