"Yaxın günlərdə yeni xidmətlər zərfinin təsdiqini gözləyirik" - Zaur Əliyev

   "Yaxın günlərdə yeni xidmətlər zərfinin təsdiqini gözləyirik" -    Zaur Əliyev
  20 May 2023    Oxunub:1226
"Yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqini gözləyirik".
AzVision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib.

O bildirib ki, yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq.

"Ötən il icbari tibbi sığorta zərfi çərçivəsində 34 mindən çox ürək-damar cərrahiyəsi həyata keçirilib. Bu ilin ilk 3 ayında isə bu rəqəm 5 mini ötüb".

AzVision.az


Teqlər:



Xəbər lenti