Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

   Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək
  20 May 2023    Oxunub:1421
Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər"
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, ölkədə 2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" Qanun buna imkan verir.

"Bu qanun imkan verir ki Azərbaycanda ürək əməliyyatları ilə yanaşı, ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər", - deyə Ə.Əmiraslanov əlavə edib.

AzVision.az


Teqlər:



Xəbər lenti