Bir yaşlı uşaq su anbarına düşüb öldü

   Bir yaşlı uşaq su anbarına düşüb öldü
  21 May 2023    Oxunub:1599
Fövqəladə Hallar Nazirliyinə (FHN) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a bildirilib ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2022-ci il təvəllüdlü azyaşlı vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 m, həcmi 8 m³ olan yeraltı su anbarına düşüb.

FHN-in qüvvələri tərəfindən xüsusi vasitələrlə azyaşlının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
AzVision.az


Teqlər: FHN   Quyu  



Xəbər lenti