Tanınmış jurnalist ana oldu

Tanınmış jurnalist ana oldu
  29 May 2014    Oxunub:5239
Azərbaycanın tanınmış jurnalisti, teleaparıcı Sevil Nuriyeva ana olub. AzVision.az xəbər verir ki, bu barədə jurnalist Sevinc Osmanqızı facebook səhifəsində bildirib.
Xanım jurnalistin İstanbulda oğul övladı dünya gəlib. Jurnalistin oğluna İlyas adı verilib

Qeyd edək ki, yerli teleməkanda bir sıra populyar verilişlərin müəllifi olan S.Nuriyeva hal-hazırda Türkiyənin "Star" qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır.Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz mediya mərkəzinin rəhbəridir.

Sevil Nuriyeva 2011-ci ildə Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovla ailə həyatı qurub.

AzVision.az



Teqlər:  





Xəbər lenti