"Millətimiz səs çoxluğu ilə iradəsini bəyan etdi" - Ərdoğan

   "Millətimiz səs çoxluğu ilə iradəsini bəyan etdi" -    Ərdoğan
  22 May 2023    Oxunub:1056
“Millətimiz mayın 14-də 323 deputatla TBMM-nin çoxluğunu "Millət ittifaqı"na verərək əslində öz iradəsini bəyan etdi”
AzVision.az xəbər verir ki. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabından mayın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı vətəndaşlara səslənib.

"Dünən ağ dediyinə bu gün qara deyən, dünən dediyini inkar edən adama təbii ki, inanmaq, övladlarımızın gələcəyini etibar etmək olmaz. Millətimiz mayın 14-də 323 deputatla Məclisin çoxluğunu "Millət ittifaqı"na verməklə əslində öz iradəsini bəyan etdi.

Prezident seçkilərində 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi. İnşallah mayın 28-ni sevimli millətimizin iradəsi və dəstəyi ilə rekord səslə başa vuracağıq".

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti