"Sülh anlaşmasının imzalanması qaçılmazdır"
Bəyanatında Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu bir daha xatırladan dövlətimizin başçısı qeyd edib:
“Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir”.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


