“Nasazdır, işləmir” - Avtobuslarda havalandırma niyə yoxdur?
Artıq bir neçə marşurut xəttində sərnişinlərin tələb etməsinə baxmayaraq, kondisonerlərin işə salınmaması ilə bağlı redaksiyamıza da şikayətlər daxil olur.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az -a bildiriib ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır.
Agentlikdən bildirilib ki, prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir: “Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, sərnişinlərin rahatlığı üçün avtobuslarda tempuratur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”,- deyə BNA tərəfindən sorğumuza cavab da qeyd edilib.
Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


