Özünü qatarın altına atıb intihar etdi
“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə aidiyyəti üzrə araşdırılır.
AzVision.az
Teqlər: İntihar







Vaxtında, Aydın, Lazımlı!


