"Şəkidə məktəbdə 54 nəfər zəhərlənib" - TƏBİB

   "Şəkidə məktəbdə 54 nəfər zəhərlənib" -    TƏBİB
  23 May 2023    Oxunub:1133
TƏBİB Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar məlumat yayıb.
TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, hadisə əlaqədar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.

27 (20 nəfər cinsi qadın, 7 nəfər cinsi kişi olmaqla) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 4 nəfərə zəruri tibbi xidmətlər göstərilir. Vəziyyətləri qənaətbəxş olan 23 nəfər isə tibbi xidmət aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti