"İçərişəhər" stansiyasında nasazlıq olub, qatar 8 dəqiqə gecikib

   "İçərişəhər" stansiyasında nasazlıq olub,    qatar 8 dəqiqə gecikib
  24 May 2023    Oxunub:960
Bu gün "Bakı Metropoliteni" QSC-nin "İçərişəhər" stansiyasında texniki nasazlıq səbəbilə qatar sərnişinsiz "Nərimanov" elektrik deposuna yola salınıb.
Bu barədə AzVision.az -a QSC-dən məlumat verilib.

Məlumata görə, xəttə dərhal ehtiyat qatar verilib. Qrafik üzrə intervaldan əlavə 8 dəqiqə yubanma yaranıb.

AzVision.az


Teqlər:



Xəbər lenti