Prokurorluqda yubilyar veteranlar mükafatlandırılıblar

Prokurorluqda yubilyar veteranlar mükafatlandırılıblar
  25 May 2023    Oxunub:811
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan prokurorluğunun veteranlarının yubileyləri ilə əlaqədar tədbir keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, yubilyar veteranlar - İsmayıl Kazımov 75 və Sultan Əliyev isə 85 yaşının tamam olması münasibətilə Baş prokurorun imzaladığı əmrlə “Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Tədbirdə iştirak edən İsmayıl Kazımova Baş prokuror tərəfindən yubiley medal və hədiyyə təqdim olunub.

İsmayıl Kazımov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək göstərilən diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirib.

Bundan başqa, Prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fərrux Babayev qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilərək fəxri fərmanla təltif olunub.

Görüşlərdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkdiriblər.

AzVision.az



Teqlər:





Xəbər lenti