"Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək" - Vuçiç

   "Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək" -    Vuçiç
  25 May 2023    Oxunub:830
Bu il Sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir.
AzVision.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə də təbriklərini çatdıran Serbiya Prezidenti Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırladıqlarını qeyd edib.

Aleksandar Vuçiç Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə Azərbaycanın verdiyi prinsipial dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Məktubda, həmçinin vurğulanıb ki, Serbiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti