Kafedə silahlı insident

Kafedə silahlı insident
  29 May 2014    Oxunub:1044
Mayın 29-da Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən “Nur” kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəngi təhvil verib.


Teqlər:  





Xəbər lenti