Deputat cəzaçəkmə müəssisələrində çıxış edib
Millət vəkili bildirib ki, 27 dekabr 2011-ci il tarixində Prezident İlham Əliyevin təsdiqlədiyi Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədini daşıyır.
Bir neçə gün bundan öncə dövlət başçısı tərəfindən imzalanmış növbəti əfv fərmanı haqqında da məlumat verən millət vəkili qeyd edib ki, əfv fərmanının imzalanması cənab Prezidentin humanistliyinin bariz nümunəsidir. “İndiyə kimi Azərbaycanda çox qısa bir vaxt ərzində 10 amnistiya aktı və 50-dən çox əfv fərmanının imzalanması dünyada analoqu olmayan bir tendensiyadır”, - deyə millət vəkili vurğulayıb.
Daha sonra məhkumlarla diskussiya keçirilib. Gələcəkdə bəzi qanunlara ediləcək dəyişikliklər barədə məlumat verən Çingiz Qənizadə məhkumları maraqlandıran suallara da aydınlıq gətirib.
Teqlər: